Ermənistan bu halda Rusiya ilə əməkdaşlığını itirə bilər - Peskov

Ermənistan bu halda Rusiya ilə əməkdaşlığını itirə bilər - Peskov backend

Ermənistan Avropa İttifaqına daxil olacağı təqdirdə Rusiya ilə faydalı əməkdaşlığı itirə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Mətbuat nümayəndələri Peskovdan məhz hansı təşkilatlara daxil olmasının Ermənistanı Rusiya ilə əlaqələri itirmək təhlükəsi ilə üz-üzə qoyacağı ilə bağlı sual veriblər.

"Əlbəttə ki, Avropa İttifaqı...", — deyə Peskov cavab verib.

O əlavə edib ki, digər təşkilatlar barədə danışmaq üçün Ermənistanın hazırkı rəhbərliyinin daha hara can atdığına baxmaq lazımdır.

QAZİLER.AZ