İran ABŞ-nin verdiyi cavaba baxıb - Bəqai

İran ABŞ-nin verdiyi cavaba baxıb - Bəqai backend

İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Baqai Tehranın öz sonuncu təklifinə ABŞ tərəfindən verilən cavabı nəzərdən keçirdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.

"İranın 14 bənddən ibarət qətnaməsinin ilkin mətninə əsaslanaraq, bir neçə dəfə mesaj mübadiləsi həyata keçirilib", - agentlik Baqainin sözlərindən sitat gətirib.

"Biz Amerika tərəfinin rəylərini almışıq və hazırda onları araşdırırıq", — deyə o qeyd edib.

Agentlik vurğulayıb ki, Vaşinqton və Tehran atəşkəs haqqında təklif olunan sənədin bəndləri barədə informasiya mübadiləsini Pakistan vasitəsilə həyata keçirir.

QAZİLER.AZ