Yaxın vaxtlarda İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıla bilər. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Stefan Mull deyib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandıran Mull 2016-cı ilin əvvəlində sanksiyaların bir qisminin ləğv ediləcəyini deyib:“Buna baxmayaraq sanksiyaların aradan qaldırılması yenə də İranın əlindədir”.
Xatırladaq ki, dünən Dövlət katibi Con Kerri Tehrana qarşı tətbiq olunan sanksiyaların ləğvi ilə bağlı Senata məktub ünvanlamışdı.