Lavrov Ukraynadakı münaqişənin həllinə kimin mane olduğunu açıqlayıb

Lavrov Ukraynadakı münaqişənin həllinə kimin mane olduğunu açıqlayıb backend

Avropalı radikallar və neonasistlər Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə ölkədə ABŞ tərəfindən təklif olunan münaqişənin sülh yolu ilə tənzimlənməsinə icazə vermək istəmirlər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Bundan əvvəl, Cenevədəki son danışıqlar raundunda iştirak edən Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirmişdi ki, Rusiya sülh tənzimlənməsi üzrə danışıqların bərpası ilə bağlı Ukraynadan hər hansı bir siqnal almayıb.

O, həmçinin qeyd edib ki, danışıqların effektiv olması üçün Zelenski atəşi dayandırmaq və Donbas ərazisini tərk etmək barədə əmr verməlidir.

QAZİLER.AZ