İlham Əliyev "UN-Habitat"a minnətdarlığını bildirdi

İlham Əliyev "UN-Habitat"a minnətdarlığını bildirdi backend

Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün təşkilində göstərdiyi köməyə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) minnətdarlığını bildirib.

Qaziler.az xəbər verir ki, dövlət başçısı bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində bəyan edib.

"2022-ci ildən etibarən UN-Habitat ilə birgə Azərbaycanda üç Milli Şəhərsalma Forumu keçirmişik - uzun illər işğal altında olmuş Ağdam, Zəngilаn və Xankəndi şəhərlərində. Bu gün qlobal görüşü təşkil etməklə biz yenidən şəhərsalma, şəhər inkişafı və insanların həyatının yaxşılaşdırılması, əhalinin rahat yaşayış üçün bütün zəruri şəraitlə təmin edilməsi üzrə gündəliyimizə möhkəm sadiqliyimizi nümayiş etdiririk", - prezident bildirib.

Onun sözlərinə görə, təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fəxr edə bilər.

"Şəhərsalma təkcə Bakı üçün deyil, Azərbaycanın bir çox şəhərləri üçün hər gün üzərində işlədiyimiz məsələdir. Bu tədbirinin təşkilində göstərdiyi dəstəyə, əməkdaşlığa və WUF13-ə ev sahibliyi etmək kimi bu qədər məsuliyyətli missiyanı bizə etibar etdiyinə görə UN-Habitat-a minnətdarlığımı bildirmək istərdim", - İlham Əliyev əlavə edib.