WUF14 Mexikoda keçiriləcək

WUF14 Mexikoda keçiriləcək backend

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.

 

Trend xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.

 

O bildirib ki, Mexiko şəhəri qədim tarixi irsə malikdir:

 

"Bu mənada, insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər".

 

Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini qeyd edib.

 

O vurğulayıb ki, yerli hökumətlər tərəfindən təşviq edilən açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyac var. Bu fəaliyyətlər şəhərlərin sosial-iqtisadi inkişafını və ekoloji transformasiyasını təmin etməlidir.

 

Klara Bruqada qeyd edib ki, hazırda əsas mesajımız yerli hökumətlərin və bələdiyyələrin rəhbərliyi ilə qlobal bir hərəkət başlatmaq və problemlərə yerli perspektivdən yanaşmaqdır. Böyük şəhərlərin və yerli icmaların maraqlarını maksimum təmsil edərək, praqmatik və təxirəsalınmaz məsələləri, o cümlədən maliyyələşmə problemlərini birlikdə həll etməliyik.