Anaklaudia Rossbax: Bu il bizi çox mühüm hökumətlərarası proses gözləyir

Anaklaudia Rossbax: Bu il bizi çox mühüm hökumətlərarası proses gözləyir backend

Ümumdünya Şəhərsalma Forumu icmaların, qadınların, vətəndaş cəmiyyətinin və gənclərin səsinin şəhər siyasətinə təsir göstərdiyi məkan kimi formalaşdırılıb.

"APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O qeyd edib ki, bunu gündəlik fəaliyyətə daşıya bilərlər: "Biz bunu hökumətlərarası proseslərə də gətirə bilərik. Bu il isə bizi çox mühüm hökumətlərarası proses gözləyir. Həmin proses iyul ayında Nyu-Yorkda keçiriləcək.

Biz üzv dövlətlər tərəfindən təsdiqlənmiş Yeni Şəhər Gündəliyinin son 10 ildə hansı nəticələr verdiyinə nəzər salırıq.

Sizlərin bir çoxu 2016-cı ildə Kitoda bizimlə birlikdə idi.

Ən vacibi isə budur ki, biz gələcəyə baxırıq. 2030-cu ilə qədər, Yeni Şəhər Gündəliyinin növbəti 10 ili ərzində daha nələri həyata keçirmək mümkündür, bunu düşünürük.

Çox innovativ yanaşma ilə üzv dövlətlər və ev sahibi ölkə ilə birlikdə müxtəlif prosesləri bir-birinə bağlamağa çalışmışıq. Yəni Nayrobidəki idarəetmə proseslərini, qərargah fəaliyyətini, Nyu-Yorkdakı hökumətlərarası müzakirələri, Yeni Şəhər Gündəliyinin icmalı prosesini və Ümumdünya Şəhər Forumunu”.