"ABŞ Rusiya və Türkiyə arasında yaşanan gərginliyin artmasına qarşıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri deyən Ağ Evin mətbuat katibi Coş Ernest Putinin son mətbuat konfransında verdiyi açıqlamalara da münasibət bildirib.
"Putin deyir ki, Türkiyə "Su-24" bombardmançısını ABŞ-a xoş gəlmək üçün vurub. Xeyr, bu belə deyil. Biz yenə deyirik, həmin təyyarə Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Məsələni biz də araşdırmışıq, "Su-24"ün pilotlarına dəfələrlə xəbərdarlıq edilib, lakin bütün bunlar cavabsız qalıb", - deyə o əlavə edib.Coş Ernest bildirib ki, ABŞ Türkiyəni NATO-dakı müttəfiqi kimi dəstəkləyir. Bununla yanaşı, o, Ankaranı və Moskvanı barışığa çağırıb.