"Putin və Zelenski tezliklə görüşməyəcək" - Arestoviç

"Putin və Zelenski tezliklə görüşməyəcək" - Arestoviç backend

"Dövlət başçıları Vladimir Putin və Volodimir Zelenski yalnız sülh müqaviləsi 95 və ya 99 faiz hazır olduqda görüşəcəklər".

Qaziler.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç “YouTube” kanalının efirində söyləyib.

“Saziş bağlamaq üçün konkret material olduqda görüşəcəklər. Gündəliyi 95 və ya 99% razılaşdırdıqda... Liderlər yalnız gündəlik tam razılaşdırıldıqda görüşürlər. Nüansları dəqiqləşdirmək, gözəl şəkildə imza atmaq və mətbuat konfransı vermək üçün...”, — deyə Arestoviç bəyan edib.

Onun sözlərinə görə, “heç kim danışıqlar aparmağa getmir, hamı imzalamağa gedir”. Analitik qeyd edib ki, belə vəziyyətlərdə liderlər yalnız sənədi razılaşdırmaq üçün görüşürlər. Buna görə də, görüş yalnız mövqelər uzlaşdırıldıqdan sonra baş tuta bilər. Bununla belə, Arestoviç bunun “çox tez” baş verməyəcəyini vurğulayıb.

QAZİLER.AZ