ABŞ Avropanı "terrorizm inkubatoru" adlandırıb - "The Guardian"

ABŞ Avropanı "terrorizm inkubatoru" adlandırıb - "The Guardian" backend

Ağ Evin terrorizmlə mübarizə üzrə yeni strategiyasında Avropa kütləvi miqrasiyadan qidalanan "terrorizm inkubatoru" kimi təqdim edilib.

Qaziler.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

Qəzetin qeyd etdiyinə görə, sənəddəki "ən sərt" ifadələr məhz Avropaya aiddir. Orada bildirilir ki, yaxşı mütəşəkkil düşmən qruplar açıq sərhədlərdən və onlarla bağlı olan qlobalist ideallardan istifadə edirlər. Bununla əlaqədar olaraq, Qərb mədəniyyətinin və dəyərlərinin beşiyi olan Avropa indi hərəkətə keçməli və özünün "məqsədyönlü tənəzzülünü" dayandırmalıdır.

"Avropa güclü olanda dünya daha təhlükəsizdir, lakin Avropa ciddi təhlükə altındadır və o, həm terrorçuların hədəfi, həm də terror təhdidlərinin yuvasıdır", - məqalədə qeyd olunub.

QAZİLER.AZ