Prezident: Ermənistana 12 min ton neft məhsulları göndərmişik

Prezident: Ermənistana 12 min ton neft məhsulları göndərmişik backend

Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik", - İ.Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.