Avropa İttifaqı nümayəndə heyəti — Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, Avropa Parlamentinin sədri Roberta Metsola və Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas — İrəvan şəhərinə gəlib.
APA yerli mediaya istinadən xəbər verir ki, onlar Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistan paytaxtına gəliblər.



