Dağlıq Qarabağ problemi ABŞ Konqresində

Dağlıq Qarabağ problemi ABŞ Konqresində backend

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair müzakirə təşkil olunacaq.


APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının Xarici əlaqələr komissiyası gələn ilin yanvarında bağlı qapılar arxasında Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Bunu ABŞ-dakı “Ay Data” erməni təşkilatının nümayəndəsi Elizabet Çulcyan deyib. O bildirib ki, müzakirəyə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik də dəvət olunub: “Biz istərdik ki, müzakirələr açıq olsun. Hələlik komissiyanın sədri bu haqda heç nə deməyib”.
Diaspora