Kiyev 2027-ci ildə Avropa İttifaqına daxil olmaq haqqında müqavilənin imzalanması mərhələsinə çıxmağı gözləyir.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Taras Kaçka açıqlama verib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqının Ukrayna qarşısında 145 tələbi var və bunların böyük hissəsi qanunvericiliklə bağlıdır. Baş nazirin müavini həmçinin xatırladıb ki, hazırda Avropa Komissiyası ilə altı klaster üzrə texniki işlər aparılır.
"Növbəti 12-18 ay ərzində danışıqlar bölmələrinin əksəriyyətini bağlamaq olar... Və artıq gələn il Avropa İttifaqına daxil olma haqqında müqavilənin imzalanmasına nail olmaq mümkündür. Bu müqavilə daha sonra üzv dövlətlərdə və Ukraynada ratifikasiya edilməlidir ki, bu da bir neçə il vaxt aparacaq", – deyə hökumət nümayəndəsi vurğulayıb.
Yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski də Ukraynanın 2027-ci ildə Aİ-yə daxil olmağı planlaşdırdığını bildirmişdi.
QAZİLER.AZ



