Əraqçi ABŞ-nin İrana qarşı əməliyyatda hərbi xərcini açıqladı

Əraqçi ABŞ-nin İrana qarşı əməliyyatda  hərbi xərcini açıqladı backend

ABŞ İrana qarşı hərbi əməliyyatlara 100 milyard dollar xərcləyib.

Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

Bu rəqəm Pentaqon rəsmilərinin təqdim etdiyi məlumatlardan dörd dəfə çoxdur.

"Pentaqon yalan danışır. İsrailin Baş naziri Benyamin Netanyahunun macərası Amerikaya indiyədək 100 milyard dollar birbaşa xərcə başa gəlib — bu, elan ediləndən dörd dəfə yüksəkdir", — deyə o bildirib.

Bundan əvvəl Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst Nümayəndələr Palatasının müvafiq komitəsindəki dinləmələr zamanı qeyd etmişdi ki, ABŞ-nin İrana qarşı əməliyyat xərcləri hazırda 25 milyard dollar təşkil edir.

QAZİLER.AZ