Putin və Trampın təmasları davam edəcək - Peskov

Putin və Trampın təmasları davam edəcək - Peskov backend

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı İran və Ukraynadakı münaqişələrin nizamlanması üzrə vasitəçilik səylərini davam etdirmək barədə razılığa gəliblər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, Kreml nümayəndəsi Dmitri Peskov belə bir bəyanatla çıxış edib.

Peskov tərəflərin təmasları davam etdirəcəklərini, lakin yeni görüşlərin tarixləri və səlahiyyətli nümayəndələrin səfərlərinin hələ müəyyən edilmədiyini bildirib.

"Razılaşdıq ki, vasitəçilik xidmətləri davam etdiriləcək, təmaslar davam edəcək, lakin hələlik hər hansı bir konkretlik yoxdur", — deyə Peskov qeyd edib.

QAZİLER.AZ