Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünya birliyini Livandakı vəziyyəti və Fələstin dövlətinin yaradılması məsələsində yaranmış çıxılmaz vəziyyəti diqqətdən qaçırmamağa çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Livanda baş verənləri və xüsusən də Fələstin dövlətinin yaradılması ilə bağlı yaranmış və çıxış yolu görünməyən dalan vəziyyətini diqqətdən qaçırmamağı vacib hesab edirik", - deyə Lavrov qazaxıstanlı həmkarı Ermek Koşerbayevlə danışıqların yekununda bildirib.
Mart ayında Rusiya XİN rəhbəri bəyan etmişdi ki, Fələstin dövlətinin yaradılması imkanı hər ötən gün daha da azalır.
QAZİLER.AZ



