İran müharibəsi NATO-nun hansı zəif tərəflərini ÜZƏ ÇIXARDI

İran müharibəsi NATO-nun hansı zəif tərəflərini  ÜZƏ ÇIXARDI backend

İrandakı müharibə NATO ölkələrinin zəif tərəflərini üzə çıxarıb və Şimali Atlantika Alyansının Rusiya ilə hərbi qarşıdurmaya hazır olmadığını nümayiş etdirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən yazır.

Yazıda qeyd olunub ki, blokun birinci zəif nöqtəsi sursatların sürətli və kütləvi şəkildə istehsal edilə bilməməsidir. Bu məsələ iyulda keçiriləcək NATO sammitində müzakirə olunacaq.

Nəşrin həmsöhbətləri diqqəti ona çəkiblər ki, ABŞ artıq İranla münaqişədə özünün bütün "Patriot" zenit raketlərinin təxminən yarısını sərf edib. Bundan əlavə, Vaşinqtonun diqqəti Hind-Sakit okean regionuna yönəlməyə davam edərsə, amerikalılar hava hücumundan müdafiə vasitələrinin istehsalı resurslarının əhəmiyyətli hissəsini Avropadan geri götürəcəklər.

Həmçinin, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev qeyd edib ki, NATO müttəfiqləri Şimali Atlantika Alyansının üzvü olmayan Ukraynaya hərbi dəstək göstərsələr də, eyni şeyi ABŞ-a münasibətdə etmirlər.

QAZİLER.AZ