İran ABŞ-nın qarşısına 3 PLAN qoyub: digərlərinə keçmək üçün 1-cini qəbul etməlidir

İran ABŞ-nın qarşısına 3 PLAN qoyub:  digərlərinə keçmək üçün 1-cini qəbul etməlidir backend

İran vasitəçilərə ABŞ ilə danışıqlar aparmağa hazır olduğu üçmərhələli planı təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin dayandırılması məsələsinə və İran ilə Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir.

Tehranın şərtlərinə görə, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ üzrə razılıq əldə olunarsa, ikinci mərhələdə Oman tərəfi ilə koordinasiyalı şəkildə “müharibədən sonra Hörmüz boğazının idarə olunması” müzakirə ediləcək.

İranın təklifinə əsasən, 3-cü mərhələ Tehranın nüvə dosyesi ilə bağlı olacaq. Kanalın vurğuladığına görə, İran tərəfi “ilk iki mərhələ üzrə razılaşma əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir”.

"Al Mayadeen"in məlumatına görə, əgər ABŞ müvafiq danışıqlar planını qəbul edərsə, İran növbəti raunda razılıq verəcək.

QAZİLER.AZ