Dünyada baş verən münaqişələrin əsas səbəbi NƏDİR?

Dünyada baş verən münaqişələrin əsas səbəbi  NƏDİR? backend

Qərbin, xüsusən də ABŞ-nin beynəlxalq arenada hökmranlığını möhkəmləndirmək istəyi hazırda dünyada gedən münaqişələrin səbəbinə çevrilib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasayev “Kollektiv təhlükəsizliyin yeni memarlığının konturları” konfransı zamanı bildirib.

Diplomat dünyada vəziyyətin pisləşməyə davam etdiyini, münaqişə məkanının yeni ölkələrə və bölgələrə doğru genişləndiyini qeyd edib.

Aqasayev vurğulayıb ki, bu gün beynəlxalq arenada özünü ən təcavüzkar aparan tərəf Birləşmiş Ştatlardır. Ekspertin sözlərinə görə, ABŞ dünyanı öz qəliblərinə uyğun yenidən formalaşdırmaq cəhdlərindən əl çəksə də, qlobal dominantlıq iddialarından vaz keçməyib.

QAZİLER.AZ