Peskov Putin-Əraqçi görüşü haqda: "Çox çətindir..."

Peskov Putin-Əraqçi görüşü haqda:  "Çox çətindir..." backend

Kreml nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında Sankt-Peterburqda keçirilən ikitərəfli görüşün vacibliyini yüksək qiymətləndirməyin çətin olduğunu bildirib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.  Onun sözlərinə görə, siyasətçilər B.N. Yeltsin adına Prezident Kitabxanasının binasında söhbət edəcəklər.

“Putin və Əraqçi arasında söhbət baş tutacaq. İran ətrafında və Yaxın Şərqdə vəziyyətin necə inkişaf etdiyi nöqteyi-nəzərindən bu söhbətin əhəmiyyətini qiymətləndirmək çox çətindir”, — deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

QAZİLER.AZ