Azərbaycan Ukraynaya 45 milyon dollarlıq yardım edib - Sibiqa

Azərbaycan Ukraynaya 45 milyon dollarlıq yardım edib -  Sibiqa backend

Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitində enerji sisteminin işini təmin etmək üçün generatorlar, transformatorlar və digər kritik vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox məbləğdə humanitar yardım edərək Ukrayna xalqına dəfələrlə dəstək göstərib.

Sibiqa həmçinin qeyd edib ki, 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib.

O vurğulayıb ki, Ukrayna ölkəyə dayanıqlığını qorumağa və irəli getməyə kömək edən bu cür dəstəyi yüksək qiymətləndirir.