Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Səudiyyə Ərəbistanına səfərlər edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə "Suspilne" məlumatlı mənbələrə istinadən xəbər dərc edib.
Nəşrin məlumatına görə, söhbət dövlət başçısının planlaşdırılan xarici səfərlərindən gedir, lakin səfər proqramlarının təfərrüatları hələlik açıqlanmır.
Bundan əvvəl Zelenskinin beynəlxalq təmaslar çərçivəsində Səudiyyə Ərəbistanı və Azərbaycana səfər imkanlarını nəzərdən keçirdiyi bildirilmişdi.
Qeyd olunur ki, Zelenskinin Azərbaycana əvvəlcədən planlaşdırılan səfəri hələ 2024-cü ildə müzakirə olunsa da, həmin vaxt bu səfər baş tutmamışdı.
QAZİLER.AZ



