İrlandiya parlamentariləri Xankəndiyə səfər edib - FOTO

İrlandiya parlamentariləri Xankəndiyə səfər edib - FOTO backend

Aprelin 23-də İrlandiya Respublikası Parlamentinin İrlandiya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi  nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, nümayəndə heyətinə şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qonaqlar şəhərdə aparılan infrastruktur layihələri, yaşayış, o cümlədən sosial təyinatlı obyektlərin tikintisi ilə yaxından tanış olub, görülən işlərin miqyası və şəhərin inkişaf perspektivləri ilə maraqlanıblar. Qeyd edək ki, Qarabağa səfər çərçivəsində nümayəndə heyəti bu gün Şuşa şəhərini də ziyarət edib.