Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın seçkilərdə iştirak etməməsi barədə bəyanat yalan tezisdir.
Qaziler.az “News.am”a istinadla xəbər verir ki, bu barədə aprelin 23-də jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Sarkisyan əvvəlki seçkilərdə "Şərəfim var" bloku formatında, bu seçkilərdə isə "Güclü Ermənistan" partiyalar bloku formatında iştirak edib. O əlavə edib ki, Sarkisyanın guya «Güclü Ermənistan»a öz dəstəğini açıq şəkildə ifadə etdiyini və Ermənistan Respublika Partiyasının bütün heyətinin, o cümlədən partiya sədrinin müavini Aşotyanın bu siyasi qüvvənin mitinqlərində iştirak etdiyini bildirib.
Paşinyan qeyd edib ki, "üçbaşlı müharibə partiyası" hər gün öz statusunu doğruldur. O vurğulayıb ki, bu partiyalardan biri eyni zamanda bu ritorikadan uzaqlaşmağa çalışır, lakin öz proporsional siyahısından çıxış edərək bunu edə bilmir.
"Bu insanlar hər gün Qarabağın qaytarılmasından danışırlar. Eyni zamanda, Qarabağ üçün canını fəda edənlərin (köynəyini cıranların) oğullarından heç biri Qarabağda xidmət etməyib və heç bir döyüş əməliyyatında iştirak etməyib", - Paşinyan əmin edib.
QAZİLER.AZ



