ABŞ Prezidenti Donald Tramp İrana danışıqlar masasına qayıtmaq üçün bir neçə gün vaxt verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat dərc edib.
"Tramp iranlıların işlərini yoluna qoyması üçün daha üç-beş gün atəşkəsə icazə verməyə hazırdır", - portalın məsələ ilə tanış mənbələrindən biri deyib.
Mənbənin sözlərinə görə, "bu, əbədi davam etməyəcək".
Qeyd edək ki, 8 apreldə Tramp İrana qarşı hücumlarda iki həftəlik fasilə elan edib. Tehran bir sıra şərtlər yerinə yetiriləcəyi təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu təsdiqləyib.
QAZİLER.AZ



