"İranda Şimal-Cənub dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi Yaxın Şərq münaqişəsi səbəbindən təxirə salınıb".
Qaziler.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "Vedomosti"yə açıqlamasında deyib.
Diplomat bildirib ki, tərəflər icra müqaviləsini 1 aprel 2026-cı ildə imzalamağı planlaşdırırdılar, lakin ABŞ və İsrailin başlatdığı müharibə bu planların reallaşmasına mane olub.
“Biz bu dəmir yollarının həyata keçirilməsi üçün icra müqaviləsini 1 aprel 2026-cı ildə imzalamağa razılaşdıq. Onlar (ABŞ və İsrail — red.) müharibəni başlatdılar və bu müharibə səbəbindən plan həyata keçirilə bilmədi. Lakin müharibə bizi bu planı tamamilə təxirə salmağa məcbur etməyəcək. Ümid edirik ki, bu il müqavilənin icra hissəsini həyata keçirə biləcəyik", - deyə o bildirib.
QAZİLER.AZ



