19 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.
Qaziler.az-ın məlumatına görə, XİN-dən bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun 20 aprel tarixlərində Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.



