Zelenski yalnız bu şərtlə Putinlə görüşər - Sibiqa

Zelenski yalnız bu şərtlə Putinlə görüşər -  Sibiqa backend

Kiyev ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın iştirakı şərtilə Ukrayna prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında Türkiyədə görüş təşkil etməyə hazır olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa Türkiyədə keçirilən Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

"Biz bu mesajı bu yaxınlarda türk tərəfdaşlarımıza çatdırdıq", - deyə Ukrayna xarici işlər naziri qeyd edib.

Sibiqa Zelenski ilə Putin arasında şəxsi görüş üçün bu şərtlərin vacib olduğunu vurğulayıb və həmçinin Ankaranın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesindəki səylərini vurğulayıb.

QAZİLER.AZ