“Rusiya ABŞ-yə Ukraynada münaqişənin həllini sona kimi gözləmədən əməkdaşlığı inkişaf etdirməyi və birgə layihələr həyata keçirməyi təklif edir”.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Moskvanın geniş məsələlər üzrə konstruktiv qarşılıqlı əlaqəyə hazır olduğunu vurğulayıb.
"Siz hələ də ticarət və iqtisadi əməkdaşlığı, bu qarşılıqlı faydalı əməkdaşlığın dirçəldilməsini Ukraynadakı həllə əlaqələndirən Amerika tərəfinin yanaşması ilə tanışsınız", - Kremlin sözçüsü qeyd edib.
QAZİLER.AZ



