ABŞ-də Trampın qaçılmaz istefası proqnozlaşdırılır

ABŞ-də Trampın qaçılmaz istefası proqnozlaşdırılır backend

ABŞ prezidenti Donald Tramp tezliklə impiçment edilə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin jurnalisti Saymon Ateba “X” sosial media platformasında yazıb.

Onun sözlərinə görə, Tramp İranla sonsuz müharibədə ilişib qalıb və Vaşinqtonla Tehran arasında atəşkəs yalan olub. Ateba qeyd edib ki, insanlar "insan təbiətindən və tarixdən daha çox sözlərə etibar edirlər", lakin sonda hər şey eyni şəkildə bitir. Buna görə də, o hesab edir ki, Respublikaçılar noyabr ayında keçiriləcək Konqres seçkilərində məğlubiyyətlə üzləşəcəklər və Tramp impiçment edilə bilər.

"İndi Tramp tələyə düşüb və Respublikaçılar Partiyası ara seçkilərdə ciddi şəkildə cəzalandırıla bilər və Tramp impiçment ediləcək", - deyə o yazıb.

QAZİLER.AZ