İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqlarının birinci mərhələsi yekunlaşıb.
Qaziler.az xəbər verir ki, “Al Jazeera” telekanalının məlumatına görə, tərəflər hazırda əldə olunmuş ilkin razılaşmaları təsdiqləmək üçün yazılı mətnlərin mübadiləsini həyata keçirirlər.
Bu sənəd mübadiləsi Vaşinqton və Tehranın müzakirə olunan bəndlər üzrə eyni mövqedə olduqlarını rəsmiləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, sözügedən görüş 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli və üz-üzə formatlı danışıqlar kimi tarixə düşüb.
Müzakirələrin əsas mövzusu regionda uzunmüddətli sülhün bərqərar olması, Hörmüz boğazının təhlükəsizliyi və qarşılıqlı təhlükəsizlik zəmanətləridir.



