İranın Ali Lideri Müctəba Xamenei Tehranın Hörmüz boğazı üzərində nəzarətin "yeni mərhələsinə" keçidini elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Biz Hörmüz boğazının idarə olunmasını mütləq yeni mərhələyə keçirəcəyik", - Xameneyi mətbuat ofisi tərəfindən yayımlanan və İran xalqına ünvanlanan bəyanatında bildirib.
O, qeyd edib ki, bu strateji əhəmiyyətli dəniz yolu üzərində nəzarəti saxlamaq İranın ABŞ ilə danışıqları bərpa etmək üçün on əsas tələbi arasındadır.
İranın Ali Lideri həmçinin ölkəyə dəyən ziyana görə ABŞ və İsraildən təzminat tələb etmək niyyətində olduğunu açıqlayıb.
"Hamı bilməlidir: ölkəmizə hücum edən cinayətkar təcavüzkarları dinc qoymayacağıq. Biz mütləq təzminat tələb edəcəyik", -Xamenei vurğulayıb. O, həmçinin qeyd edib ki, İran "müharibəyə can atmır və atmayıb", lakin heç bir halda qanuni hüquqlarından imtina etməyəcək.
QAZİLER.AZ



