Hakan Fidan İsrail haqqında kəskin danışdı

Hakan Fidan İsrail haqqında kəskin danışdı backend

"İsrailin xarici müdaxilələr yolu ilə regiona geosiyasi ambisiyalarını tətbiq etməsinin qarşısı alınmalıdır".

Qaziler.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. O, hazırda İsrailin Qəzzada etdiklərini Livanda da həyata keçirdiyini bildirib.

“İsrailin Livanda davam edən hücumları yüzlərlə insanın ölümünə səbəb olur və regionu daha dərin humanitar böhrana sürükləyir. Livanda İsrail işğalına son qoymaq və mülki şəxsləri qorumaq təcili və müzakirə olunmayan bir prioritetə ​​çevrilib", - Hakan Fidan deyib.

QAZİLER.AZ