İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüşləri bərpa edəcəyik

İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüşləri bərpa edəcəyik backend

İran müharibənin dayandırılmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsbit edilməsini tələb edir.

Qaziler.az xəbər verir ki, bu barədə İslamabaddakı danışıqlar ərəfəsində yüksək rütbəli İran mənbəyi "TASS"a deyib.

"Əgər müharibənin dayandırılması bizim irəli sürdüyümüz şərtlər əsasında BMT Təhlükəsizlik Şurasının qətnaməsində təsbit edilməsə, biz ABŞ və İsrailə qarşı döyüş əməliyyatlarını bərpa etməyə tam hazırıq - son 40 gün ərzində etdiyimiz kimi və daha böyük intensivliklə", - mənbə bildirib.