Yaxın Şərqdə atəşkəs regionda müharibənin başa çatması barədə danışıqlar üçün təməl ola bilər.
Qaziler.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın "Telegram" kanalındakı paylaşımında bildirilib.
"Bu atəşkəs müharibənin tamamilə dayandırılması və regionda təcavüzün olmamasına zəmanət verilməsi məqsədilə aparılan danışıqlar üçün təməl ola bilər", - o qeyd edib.



