İran keçmiş mənfi təcrübələrə istinad edərək müvəqqəti atəşkəs ideyasını qəti şəkildə rədd edir.
Qaziler.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
Diplomat xatırladıb ki, 2025-ci ilin iyun ayında saxta bəhanələrlə döyüşlər yenidən başlayıb.
“İran, xüsusən də saxta bəhanələrlə döyüşlərin yenidən baş verdiyi iyun ayındakı təcrübəni nəzərə alaraq, müvəqqəti atəşkəs ideyasını qəti şəkildə rədd edir”, - İrəvani vurğulayıb.
QAZİLER.AZ



