Şoyqu Rusiyanın Yaxın Şərqdəki diplomatik addımlarını açıqlayıb

Şoyqu Rusiyanın Yaxın Şərqdəki diplomatik addımlarını açıqlayıb backend

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Misir xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşdə bildirib ki, Rusiya Yaxın Şərqdəki münaqişənin diplomatik həlli üçün ABŞ, İsrail və İrana müxtəlif variantlar təklif edir.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Şoyqunun sözlərinə görə, Rusiya İran da daxil olmaqla bütün Fars körfəzi ölkələri ilə daimi əlaqədədir. Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, təklif olunan bütün variantlar danışıqlar masasında qalır.

“Rusiya İran da daxil olmaqla bütün Fars körfəzi ölkələri ilə daimi əlaqədədir. Biz bu münaqişənin diplomatik həlli üçün variantlar təklif edirik; İrana, ABŞ-yə və İsrailə müxtəlif variantlar təklif etmişik və bütün bunlar danışıqlar masasındadır”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ