Rusiya Türkiyəyə ağır barışıq şərtləri irəli sürdü

Rusiya Türkiyəyə ağır barışıq şərtləri irəli sürdü backend

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkəyə məxsus "Su-24" təyyarəsinin vurulmasından sonra iki ölkə arasında gərginləşən münasibətlərin normallaşması üçün ilkin şərtləri açıqlayıb.


APA TV-nin Vesti.ru-ya istinadən məlumatına görə, rus səfir ilk olaraq noyabrın 24-də baş vermiş məlum insidentə görə Türkiyə hakimiyyətinin üzr istəməli olduğunu deyib.

İkinci şərt kimi hadisənin günahkarlarının tapılıb cəzalandırılması irəli sürülüb. Nəhayət, üçüncü tələbdə deyilir ki, dəymiş ziyana görə Türkiyə Rusiyaya kompensasiya ödəməlidir: "Əgər bizim gözləntilərimiz özünü doğrultmazsa, Türkiyə tərəfinin sonrakı bəyanatları da yaranmış vəziyyəti normallaşdıra bilməyəcək. Rəsmi Ankaranın dialoq tərəfdarı olması barədə söylədiyi fikirlərə rəğmən, verdiyi bəyanatlar bu cür yanaşma ilə heç bir halda uzlaşmır".

Rusiyalı diplomat həmçinin vurğulayıb ki, rus pilotlarından birinin ölümündə Türkiyə vətəndaşı Alparslan Çelikin əli var. Çünki adı çəkilən şəxs hadisədən sonra pilota atəş açıb.

Diaspora