ABŞ və İsrail İranla Fars körfəzi ölkələri arasında münasibətlərin normallaşdırılması prosesini pozmaq üçün səylər göstərir.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv qonşularını Tehrana qarşı qoymağa çalışırlar.
“ABŞ və İsrail İranla qonşuları arasında münasibətlərin normallaşdırılmasının qarşısını almağa, hətta Körfəz Əməkdaşlıq Şurasının üzvlərini İslam Respublikasına qarşı qoymağa çalışırlar”, - diplomat vurğulayıb.
QAZİLER.AZ



