Türkiyə MN-dən 31 Mart soyqırımı ilə bağlı paylaşım

Türkiyə MN-dən 31 Mart soyqırımı ilə bağlı paylaşım backend

Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

Qaziler.az xəbər verir ki, paylaşımda deyilir:

"Tarixə qara ləkə kimi düşən bu acı dolu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla yad edirik".