Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Qaziler.az bildirir ki, bu barədə Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatında ideyilir.
"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.



