ABŞ-ın İranda quru əməliyyatı Vyetnam münaqişəsində Amerikanın düşdüyü vəziyyətlə eyni olacaq.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“ABŞ-dan bu qədər uzaqda belə bir quru əməliyyatına girmək Vyetnamda baş verənlərlə təxminən eyni nəticələr doğura bilər. Vaşinqton min mil uzaqlıqda yerləşən xarici bir ölkəyə müdaxilə etmişdi və on il ərzində həmin münaqişədən layiqli çıxış yolu tapa bilmədi”, - deyə Medvedyev bildirib.
O əlavə edib ki, ABŞ-ın İranda quru əməliyyatı, əgər həyata keçirilərsə, region və münaqişənin bütün tərəfləri üçün ölümcül nəticələrə səbəb olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranda quru əməliyyatını təsdiqlədiyi haqda iddia yayılıb.



