Avropa "məsuliyyətsiz mövqeyini" dayandırmalı, ABŞ və İsrailə İranla müharibəyə son qoymaq üçün təzyiq göstərməlidir.
Qaziler.az-ın məlumatına görə, bu tələbi İranın xarici işlər naziri Abbas Əraqçi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığında bildirib. O, Hörmüz boğazında gəmiçiliyin pozulmasının İran xalqına qarşı təcavüzün birbaşa nəticəsi olduğunu bildirib.
“Əgər Avropa İttifaqı regionda sülh və təhlükəsizlikdən narahatdırsa, məsuliyyətsiz mövqeyini ifadə etmək əvəzinə, təcavüzkarlara təzyiq göstərməli və İran xalqına qarşı hərbi təcavüzünə son qoymağa çalışmalıdır”, - Əraqçi bildirib.
QAZİLER.AZ



