Əraqçi Türkiyəyə təşəkkür etdi

Əraqçi Türkiyəyə təşəkkür etdi backend

İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial mediasındakı paylaşımında yazıb.

"Ramazanın mübarək günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir", - Əraqçi bildirib və əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiəyə davam edəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.