Ermənistanın Baş naziri Nikol Paşinyan kilsə ayinləri zamanı Dağlıq Qarabağın (erməni adı Artsaxın) xatırlanmasının Azərbaycanla sülh prosesinə mane olan müharibəyə çağırış olduğunu bildirib.
Qaziler.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu erməni siyasətçi brifinqdə jurnalistlərə açıqlamasında deyib.
Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə bitib, ona görə də "Qarabağ hərəkatı" (Qarabağı Ermənistanın tam nəzarətinə qaytarmaq üçün hərəkat - qeyd) yoxdur və Artsax Respublikasının hər hansı bir platformadan xatırlanması "müharibəyə aparan yol" deməkdir.
"Yaxşı, başa düşdük, gəlin hamımız Artsax Respublikasına istinad etməyə başlayaq. Bu nə deməkdir? Bu, münaqişə deməkdir. Hər bir belə təklif müharibəyə çağırışdır: bu gün, sabah, o biri gün, bilmirəm, amma bu, müharibəyə çağırışdır", - deyə Ermənistanın Baş naziri qeyd edib.
QAZİLER.AZ



