"İran ABŞ ilə sülh danışıqlarına başlamağa razı olacaq, ancaq bir sıra şərtlər yerinə yetirilərsə..."
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, Vaşinqton hərbi əməliyyatları dayandırmalı, Tehrana qarşı bütün sanksiyaları ləğv etməli və bütün zərərləri kompensasiya etməlidir.
“Amerikalılar iki dəfə danışıqlara əməl etmədilər və danışıqlar zamanı iki dəfə hücum təşkil etdilər. Bu dəfə eyni şeyi təkrarlamayacağıq. Əgər danışıqlar olacaqsa, şərtlər də olacaq. Müharibə bitməlidir ki, üçüncü dəfə təkrarlanmasın. İrana qarşı bütün sanksiyalar götürülməlidir və İrana dəyən bütün zərər ödənilməlidir”, - Cəlali bəyan edib.
QAZİLER.AZ



