Paşinyan İlham Əliyevə təşəkkür edib

Paşinyan İlham Əliyevə  təşəkkür edib backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə minnətdarlığını ifadə edib.

"Report"un məlumatına görə, o, bu barədə martın 11-də Avropa Parlamentində (AP) çıxışı zamanı bəyan edib.

Paşinyanın sözlərinə görə, müstəqilliyin əldə edilməsindən bəri ilk dəfə 2025-ci ilin noyabrında yük qatarı tranzitlə Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatıb:

"Təkrar edirəm, bu, 1991-ci ildən bəri ilk dəfə baş verib. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Azərbaycan Prezidentinə belə bir qərara görə minnətdaram".

O əlavə edib ki, Ermənistan da öz növbəsində Azərbaycandan Türkiyəyə və əks istiqamətdə yüklərin tranzitini təmin etməyə hazır olduğunu elan edib: "Bunu biz mövcud yol şəbəkəmiz vasitəsilə edə bilərik".

Paşinyanın sözlərinə görə, Ermənistan həmçinin bu gündən etibarən öz ərazisi vasitəsilə mövcud infrastruktur üzrə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqəsini təmin etməyə hazırdır.