İlham Əliyev Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

İlham Əliyev Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib backend

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

Bu barədə Azərbaycan Prezidentinin "X" hesabında paylaşım edilib.

"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - paylaşımda qeyd olunub.