Rubio ABŞ-nin İranla niyə dialoq aparmadığını açıqlayıb

Rubio ABŞ-nin İranla niyə dialoq aparmadığını açıqlayıb backend

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hərbi əməliyyatın məqsədlərinə çatmaqla bağlı narahatlıqlarına görə Tehranla dialoq aparmadığını bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Jurnalistlər ABŞ dövlət katibinin bu açıqlamanı bir neçə ərəb ölkəsinin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı verdiyini aydınlaşdırıblar.

"Rubio əlavə etdi ki, ABŞ hazırda İranla dialoq aparmır və indi hər hansı danışıqlar mövcud hərbi məqsədlərə çatmağı pozacaq", - deyə mətndə qeyd edilib.

QAZİLER.AZ